Rus Pravoslav Kilsəsinin Bolqarıstandakı baş keşişi ölkədən qovulub

21 Sentyabr 2023 21:11

Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Rus Pravoslav Kilsəsinin baş keşişi ölkədən çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

"Bolqarıstan hakimiyyəti hesab edir ki, ata Vassian ölkənin milli təhlükəsizliyinə təhdid yaradır", - deyə Rusiyanın Bolqarıstandakı səfirliyinin yaydığı qısa açıqlamada qeyd olunur.

Hələlik Bolqarıstan hökuməti məsələ ilə bağlı açıqlama yaymayıb.

Milli.Az