Prokurorluq açıqladı: ermənilər sülhməramlıları güllələyibmiş...

21 Sentyabr 2023 20:30

Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Milli.Az