Alagöz Salahova dəfn olundu - FOTOlar

21 Sentyabr 2023 16:14

Rəssam, aktrisa Alagöz Salahova ilə vida mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, mərasim Təzəpir məscidində baş tutub.

Mərasimdə rəssamın ailə üzvləri, dostları, incəsənət nümayəndələri iştirak ediblər.

Daha sonra o, Yasamal qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Xalq rəssamı Tahir Salahovun qızı rəssam, aktrisa Alagöz Salahova sentyabrın 20-də gecə saatlarında 70 yaşında vəfat edib.

Milli.Az