Abşeronda iki nəfər bıçaqlandı

21 Sentyabr 2023 13:47

Abşeronda məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Abşeron rayon, Masazır qəsəbəsində yerləşən Zəngilan məcburi köçkünlər şəhərciyində qeydə alınıb.

Fərid Allahverdi münaqişə zəminində 2000-ci il təvəllüdlü Rzaqulu Allahquluyev və 2002-ci il təvəllüdlü Zamin Əsgərzadəni bıçaqlayaraq xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az