Qərbin məqsədi Bakı ilə münasibətlərimizi korlamaqdır - Slutski - VİDEO

21 Sentyabr 2023 15:41

Bizi postsovet məkanında ən etibarlı tərəfdaş olan Azərbaycanla münasibətləri korlamağa məcbur edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

"Qərb orada ən böyük logistika layihəsinin - Avropaya yüklərin daşınması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin baş tutmasından məmnun deyil. Qərb Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq üçün istənilən tədbirdən istifadə edir. Alınmayacaq!" - o bildirib.

Milli.Az