35 yaşlı müəllim qəfil öldü - 40 gün əvvəl ana olmuşdu

22 Sentyabr 2023 05:05

35 yaşlı müəllim infarkt keçirib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Aydının ( Türkiyə ) Efeler mahalında yaşayan ingilis dili müəllimi doğuşdan 40 gün sonra dünyasını dəyişib.

Evdə qəfil halı pisləşən qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İsmayıl
Milli.Az