İranda daha bir mollanı öldürdülər

21 Sentyabr 2023 12:36

İranda molla rejiminə qarşı nifrət artıq aylardır davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki,  "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, Zəncan vilayətində daha bir molla qətlə yetirilib.

Məlumata görə, "İmam Sadiq" seminariyasının direktoru Höccət Pravedanın Sücas şəhər məscidində güllələnərək öldürülüb.

Onun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.

Milli.Az