Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21 Sentyabr 2023 10:13

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 97 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağında bir ədəd divan-kreslo və bir ədəd kondisioner yanıb.

Milli.Az bildirir ki,  Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az