Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - VİDEO

21 Sentyabr 2023 09:44

Azərbaycan Ordusu Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Ağdərə rayonunun inzibati tərkibinə verilib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Milli.Az