İsmayıllıda avtomobil aşıb, ölən var

21 Sentyabr 2023 09:41

İsmayıllıda ağır yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Sahib Həşimov idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə Gideyli kənd ərazisində idarəetməni itirib. Nəticədə avtomobil aşıb, Sahib Həşimov ölüb.

Araşdırma aparılır.

Milli.Az