"Suverenliyimizi pozan ölkə Ukraynanı müdafiə edir"

21 Sentyabr 2023 09:02

Kosova və Metoxiya məsələsində Serbiyanın ərazi bütövlüyünü ən aqressiv şəkildə pozan ölkələr BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın ərazi bütövlüyünü aqressiv şəkildə müdafiə etdilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Paradoksal, bəzən isə hətta gülməli səslənir", - deyə Vuçiç bildirib.

Qeyd edək ki, Nyu Yorkda BMT Baş Assambleyasının 18-22 sentyabr tarixlərində keçirilən iclasında Serbiya prezidenti ilə yanaşı, Albaniya lideri Edi Rama da iştirak edir.

Milli.Az