Azarkeşlər Messinin əvəzlənməsinə görə tribunaları tərk etdilər

21 Sentyabr 2023 08:06

ABŞ-nin "İnter Mayami" klubunun azarkeşləri MLS-də Toronto ilə matçın 38-ci dəqiqəsində Lionel Messinin əvəzlənməsinə görə tribunaları tərk ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Messinin sağ ayağında problem yaranıb. Buna görə də o, fasilədən əvvəl meydanı tərk etməli olub.

Azərkeşlərin bəziləri isə Messinin əvəzlənməsinə qəzəblənərək tribunaları tərk ediblər.

Milli.Az