Keçmiş həyat yoldaşı məşhur müğənnini məhkəməyə verdi

20 Sentyabr 2023 22:53

Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşı Emine Yahoviçlə məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yahoviç müqavilədə olan avtomobil kirayələmə şərtlərinə uyğun davranmadığı üçün sənətçidən şikayətçi olub.

O, Sandaldan 654 min 277 lirə tələb edib.

Qeyd edək ki, cütlük 5 il öncə razılıq yolu ilə boşanıb.

Milli.Az