Dollar üzrə əsas faiz dərəcəsi AÇIQLANDI

20 Sentyabr 2023 23:08

ABŞ-də ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) sentyabr iclasının yekunlarına görə baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar qurumun saytında dərc olunub.

Eyni zamanda, tənzimləyici qeyd edib ki, bu, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir.

Milli.Az