11 il yatmayan qadın həyatının maraqlı xüsusiyyətlərindən danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Vyetnamda Tran Thi Luu adlı 36 yaşlı qadın 11 ildən artıqdır yata bilmədiyini iddia edir.
Onun sözlərinə görə, yuxusuzluğun səbəbi ağlamaq olub:
"11 ildir ki, yuxuya getmədən sadəcə uzanaraq dincəlirəm. Psixiatrlar mənə ağır yuxusuzluq diaqnozu qoyub və dərman yazıblar. Həmin dərmanları qəbul etdikdə normal yeriyə bilmirdim. Mənə pis təsir edirdi. Dəfələrlə yuxu dərmanı qəbul etsəm də heç bir faydası olmayıb".
Milli.Az