“Hraparak”: Azərbaycan separatçılardan bu şəxslərin təhvil verilməsini tələb edib

20 Sentyabr 2023 15:44

Azərbaycan tərəfi bu gün Qarabağdakı separatçılara konkret siyahı təqdim edib və orada adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bu barədə Ermənistanda dərc edilən "Hraparak" nəşrində xəbər verilib.

Bildirilir ki, həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin və habelə I və II Qarabağ müharibələrində Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.

Milli.Az