Moskvada dəhşətli partlayış - ölənlər və dağıntılar altında qalanlar var

20 Sentyabr 2023 12:11

Moskva vilayətinin Balaşixa şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, partlayışa səbəb qaz sızması olub. Nəticədə doqquz mərtəbəli binanın 3, 4 və 5-ci mərtəbələri uçub. Dağıntılar altında sakinlərin qaldığı bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi qaz partlaması nəticəsində iki nəfərin həyatını itirdiyini açıqlayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az