İTV-dən sonra bu kanalda çalışacaq

20 Sentyabr 2023 18:10

Aparıcı Jalə Həsənli "ARB 24" kanalında işə başlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, ötən gün "Nə baş verir?" adlı verilişlə tamaşaçı qarşısına çıxıb. Aparıcı cəbhə bölgəsində baş verənlərlə bağlı xəbərləri təqdim edib. 

Qeyd edək ki, Jalə əvvəl ATV, daha sonra İTV kanalında çalışıb.

Milli.Az