Xırdalanda 18 yaşlı oğlan bıçaqlanıb

20 Sentyabr 2023 10:00

Xırdalanda 18 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Muradov Hüseyn Telman oğlu Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında aralarında baş vermiş mübahisə zamanı 2005-ci il təvəllüdlü Abbasov Qafar Maarif oğlunu üzərində olan bıçaqla vurub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisə törədən şəxs tutularaq istintaqa cəlb edilib.

Milli.Az