Tahir Salahovun qızı vəfat etdi

20 Sentyabr 2023 09:30

Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova vəfat edib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə A. Salahovanın oğlu Dan Salahov sosial şəbəkə hesabında məlumat verib. 

O, anasının 6 ay ölkə xaricində və Bakıda xəstəxanada, müalicədə keçirdiyini bildirib. 

Alagöz Salahovun dəfn mərasimi sentyabrın 21 - də Bakıda keçiriləcək. Vaxt və məkan barədə daha sonra məlumat veriləcək.

Milli.Az