Bakının bu ərazisində qaz kəsiləcək

20 Sentyabr 2023 09:21

"Lökbatan" QPS-də (Qaz Paylayıcı Stansiya) və "Lökbatan" QTM-də (Qaz Təmzinləyici Məntəqə - red.) görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.

SOCAR "Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az