Yaşı əsri ötən yaponlar

20 Sentyabr 2023 10:21

Hazırda Yaponiyada 100 yaşdan yuxarı 92 min 139 vətəndaş yaşayır. Onların sayı 50 ildən artıqdır ki, artır. Bu il ölkədə 100 yaşdan yuxarı olanların sayı 1,5 min nəfər də çoxalıb. Onların 89 faizi zərif cinsin nümayəndələridir.

Milli.Az lent.az-a istinadən bildirir ki, 1963-cü ildə ölkədə ahılların sosial təminatı haqqında qanunun qəbulun­dan sonra Yaponiyada yüz yaşlıların sayı artır. O zaman ölkədə 100 yaşdan yuxarı 153 nəfər var idi. 1981-ci ildə onların sayı mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə artıq 50 mini keçib. Bu gün isə onların sayı, yuxarıda qeyd etdi­yimiz kimi, 92 min nəfərdən çoxdur.

Milli.Az