Rusiyada səmada açılan dəlik insanları heyrətləndirdi - FOTO

20 Sentyabr 2023 08:15

Sentyabrın 19-da səhər saatlarında Novosibirsk sakinləri şəhərin üzərində səmada buludlar arasında açılan "dəlik" görüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidlər qeyri-adi hadisənin fotosunu sosial şəbəkələrdə paylaşıblar.

Şərhlərdə sosial şəbəkələrin istifadəçiləri buludların arasında yaranan boşluğu "müharibəsiz parlaq gələcəyə portal", "Cəhənnəm halqasından Əmək meydanına teleport" və hətta UNO-nun izi adlandırıblar.

Həmçinin şərhlərin arasında "içinə şəkər atılmış səmavi kapuçino", "dünyalar arasında müharibənin başlanğıcı" və qara dəlik haqqında versiyalar da olub.

Milli.Az