RƏSMİ BAKI: Erməniləri Yevlaxa görüşə dəvət edirik

19 Sentyabr 2023 22:25

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir", - qurumdan qeyd olunub.

Milli.Az