Millimizin Avro-2025-in seçmə mərhələsindəki rəqibləri BİLİNDİ

19 Sentyabr 2023 21:24

Qadınlardan ibarət basketbol komandaları arasında 2025-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

Milli Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq. Seçmə mərhələ oyunları bu ilin noyabr ayında start götürəcək. 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada keçiriləcək.

Milli.Az