Ceyhun Bayramov Hakan Fidanla görüşüb

19 Sentyabr 2023 18:50

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyası çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Qarabağda baş verən son hadisələr müzakirə olunub.

Milli.Az