Payız aylarında Günəş şüaları azaldıqca və bədən soyuğa qarşı səfərbər olduqca, psixika da mövsümi affekt vəziyyətə keçir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, klinik psixoloq Denis Dolqov payız xandrasından çıxmaq üçün gur işıqlandırmadan istifadəni tövsiyə edib.
"Gündüzün qısalması, Günəş işığının azalması ilə melotonin və serotonin istehsalı azalır, buna görə psixika depressiyaya meyil edir. Bunun qarşısını almaq üçün evdə və iş yerlərində ağ, gur işıqlanmadan istifadə etməyi, gündüz açıq havada bir az gəzməyi, D vitaminini artırmağı və idman etməyi məsləhət görürəm.
Serotonin hasil edən qidaları rasiona daxil edin.Bunlar banan, balıq, meyvələr, çərəz, xurma, qara şokolad, kakao, pendir, nanə, çobanyastığı Melissa çayı, müxtəlif vitaminlər, quru ənciri bol edin.
Əgər bunlar kömək etmirsə, sizdə klinik depressiya ola bilər, bunun üçün psixiatra müraciət edin".
Milli.Az