"Özünü bu amansız dünyanın qurbanı etdi"

19 Sentyabr 2023 18:47

Əməkdar artist Aybəniz Haşımova Əməkdar artist Rəhman Rəhmanovun bu gün dünyasını dəyişən müğənni oğlu Emil Rəhmanovla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni paylaşımında bunları yazıb:

"Çox üzüldüm. İfası o qədər gözəl idi ki, hər onu dinləyəndə dərin qaysaq  bağlamış yaraların qopmaması mümkün deyildi. Təəssüf ki,özünü bu amansız dünyanın qurbanı etmişdi. Rəhman müəllim, ata oğulun çiynində gedər, deyirlər. Acınızı təsəvvür belə etmək istəmirəm. Dərdiniz çox ağrıtdı canımı, bunu bilin. Bütün ailəm adından sizə səbr diləyirəm. Allah rəhmət eləsin". 

Qeyd edək ki, Emil Rəhmanoğlu bu gün səhər saatlarında dünyasını dəyişib. 

Milli.Az