Məşhur musiqiçinin səhhəti yaxşılaşıb

19 Sentyabr 2023 14:20

Səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilən rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev özünə gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ürək problemi ilə üzləşən sənətçinin həkimlər vəziyyətini stabilləşdirə biliblər.

Musiqiçinin tam sağalması haqqında danışmaq hələ tezdir. Bununla belə, həkimlər artıq müsbət proqnozlar verirlər.

Qeyd edək ki, Nikolayev sentyabrın 15-də ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiyaya köçürülüb.

Milli.Az