Tapılanda əlində alışqan, cibində isə bu sözlər yazılan kağız var idi - Dəhşətli Qətlin təfərrüatı

19 Sentyabr 2023 12:41

Rusiyanın Sankt-Peterburq şəhərində 64 yaşlı qadının boğazı cırılmış, həmçinin yanıq və yapışqan lent izləri olan meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təqaüdçünün meyiti şəhərin şimalında yerləşən gölün sahilində tapılıb. Mərhumun əlində alışqan, cibində isə adı, soyadı və doğum tarixi yazılmış kağız olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar. Hadisə şahidləri iddia edirlər ki, hadisə yerindən bir qədər aralıda əlində qutu olan kişi görüblər və partlayış səsləri eşidiblər.

Milli.Az