Məşhur cütlük ikinci dəfə toy etdi - FOTOlar

21 Sentyabr 2023 06:50

Müğənni Con Legend İtaliyada aparıcı-model Krissi Teygenlə ikinci dəfə toy edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük özəl gün üçün simvolik məkan seçib. Onlar ilk toylarının baş tutduğu Komo gölündəki Villa Pizzoya qayıqla gəlib.

Yaxın dostlarının da iştirak etdiyi şam yeməyindən sonra cütlük yenidən bir-birinə sədaqət andı içib.

Qeyd edək ki, 10 ildir ailəli olan Legend və Teygenin 4 övladı var.

Milli.Az