"Gənclik Mall"un qarşısında DƏHŞƏTLİ QƏZA: Maşınlar toqquşdu, xəsarət alanlar var - FOTO

18 Sentyabr 2023 23:09

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə "BMW" və "KIA" markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az