"Kodak"ın nüvə sirri faş oldu
15 May 2012 07:25
Milli.Az MSN-ə istinadən bildirir ki, kiçik tədqiqat nüvə reaktorunda 1,5 kq uran da olub.
"Kodak" mənsublarının dediklərinə görə, bu reaktor məxfi olmayıb və kimyəvi maddələrlə yanaşı, fotolentlərin istehsalında istifadə edilən qarışıqların yoxlanması üçün istifadə olunub.
Di gəl, "Kodak"ın mərkəzi ofisində çalışanların tam əksəriyyəti bu reaktordan xəbərsiz olublar.
"Reaktor 5 il əvvəl qapadılıb və heç bir şüalanmaya səbəb olmayıb", - "Kodak" mənsubları deyiblər.
Həmin reaktordakı uran isə Cənubi Karolinadakı federal tədqiqat mərkəzinə aparılıb.
Milli.Az