22 il cəza çəkdi: Azadlığa çıxdığı gün görün nə etdi

18 Sentyabr 2023 16:20

Rusiyanın İrkutsk vilayətində qətlə görə 22 il cəza çəkən şəxs azad ediləcəyi gün koloniyadan qaçıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, 49 yaşlı məhbus qətl törətdiyinə görə 2001-ci ildən cəzaçəmə müəssisəsində olub. Hazırda o, cəza çəkdiyi yeri icazəsiz tərk etdiyi üçün axtarışdadır.

Məlumata görə, o, qaçdığına görə 4 ilə qədər cəza ala bilər.

Milli.Az