“Oppenheimer”dən rekord göstərici

18 Sentyabr 2023 15:58

Rejissor Kristofer Nolanın "Oppenheimer" bioqrafik filmi kino tarixində öz janrında ən çox gəlir gətirən film olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin kassa gəliri 912,7 milyon dollar təşkil edir.

Daha əvvəlki rekord "Bohemian Rhapsody" filminə məxsus idi (910 milyon dollar).

"Oppenheimer", həmçinin 2023-cü ildə və Kristofer Nolanın karyerasında ən gəlirli üçüncü film olub.

Milli.Az