Erməni lobbisi uduzdu, Bakı prosesə başladı

18 Sentyabr 2023 13:14

Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı ekspert İqor Korotçenko deyib.

"Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla, Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb. İndi "blokada", "kütləvi aclıq", "soyqırım" yoxdur - təbliğat bitdi. Əslində, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır", - o bildirib.

Milli.Az