Bakıda yol polisi ölümdən döndü - VİDEO

18 Sentyabr 2023 10:26

Ötən gün Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza hadisəsi baş verib. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Aeroport yolunun Zağulba ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Zağulba istiqamətində yol polisinin xidməti avtomobili yol kənarında dayanan zaman digər maşın ona çırpılıb:

"Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da maşına ciddi maddi ziyan dəyib. Bununla bağlı araşdırma aparılır və lazımi işlər görülür".

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az