“Qara Mamba” İstanbulda tutuldu

18 Sentyabr 2023 11:13

Məşhur narkobaron Cozef Cohannes Leijdekkersin sağ əli Türkiyədə saxlanılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, saxlanılan "Qara Mamba" ləqəbli İsaak Bignan İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışa verilmişdi. O, İstanbuldan xarici ölkəyə getmək istəyərkən saxlanılıb.

Belə ki, İsaak Bignanın başqa ölkəyə qaçmağa hazırlaşması barədə məlumat alan polislər onun Büyükçekmecedəki evinə basqın təşkil edərək onu həbs ediblər. 

Milli.Az