Bakı səhəri dəhşətli tıxacla açdı – Yollarda XAOS

18 Sentyabr 2023 10:35

Hazırda paytaxt Bakının müxtəlif ərazilərində dəhşətli tıxac müşahidə olunur.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, xüsusilə şəhərə 3 istiqamətdə  girişlərdə - Sumqayıt, Bayıl və Aeroport yolu istiqamətlərində hərəkət tam dayanıb.

Sumqayıt yolunda yaranan tıxac Xırdalan qəbiristanlığından başlayaraq "20 Yanvar" metrostansiyasının yaxınlığına qədər davam edir.

Aeroport yolunda isə əsas yola girişlər bağlanıb.  Sabunçu körpüsündən Zabratdakı Rahat marketə kimi uzanan tıxac hələ də davam etməkdədir.

Milli.Az