UEFA: “Rusiya klubları müharibə bitənədək...”

18 Sentyabr 2023 08:45

UEFA prezidenti Aleksander Çeferin etiraf edib ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə bitənə qədər Avropa yarışlarına qaytarılmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sportklub" məlumat yayıb.

"Rusiya nə vaxta qədər Avropa rəqabətindən kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər", - Çeferin bildirib.

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.

Milli.Az