ÜST-dən koronavirusla bağlı çağırış - "Covid"in mənşəyi...

17 Sentyabr 2023 23:52

ÜST Çini Covid-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağırdı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bu virusun mənşəyi hələ də bəlli olmadığı üçün bu məsələni araşdırmaq üçün ikinci nümayəndə heyətini göndərməyə hazırdır.

Hazırda Covid-19-un mənşəyi ilə bağlı iki məşhur nəzəriyyə nəzərdən keçirilir: virusun Uhandakı dəniz məhsulları bazarında heyvandan insana ötürülməsi və ya yerli laboratoriyadan sızması.

Alimlərin fikrincə, hazırda dünya pandemiyanın kəskin mərhələsi təhlükəsi ilə üz-üzə deyil, lakin ölkələr virusun digər mutasiyaya uğramış variantlarına nəzarəti gücləndirməlidir.

Xatırladaq ki, Covid-19 epidemiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 30 yanvar 2020-ci il tarixində ÜST bu epidemiyanı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti və 11 mart 2020-ci il tarixində pandemiya elan etdi.

Milli.Az