Qonşu ölkələrin həyatına qarışmırıq - Lukaşenko

17 Sentyabr 2023 22:22

Belarus qonşu dövlətlərin həyatına qarışmaq niyyətində deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz başqa ölkələrin həyatına qarışmaq üçün planlar cızmırıq. Sizə yalnız yaxşılıq, xoşbəxtlik və sülh arzulayırıq. Amma bu gün bu dünya o qədər kövrəkdir ki, hər hansı bir diqqətsiz hərəkət ağır və düzəlməz nəticələrə səbəb ola bilər. Torpaqlarımızın bir daha hərbi əməliyyatlar teatrına çevrilməsini və milyonlarla vətəndaşımızın yenidən məhv edilməsini istəmirəm", - prezident bildirib.

Milli.Az