Ən gözəl aktrisadan boşanan aktyor özünə yeni sevgili tapdı - FOTO

18 Sentyabr 2023 04:30

İyulda Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqaradan boşanan aktyor Co Manqaniello yeni münasibətə başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor həmkarı Keytlinn OKonnorla eşq yaşayır. 

Cütlük Venesiyada idman zalından çıxarkən paparatsilərin hədəfinə tuş gəlib.

Qeyd edək ki, Sofiya Co ilə 7 il ailəli olub.

Milli.Az