Fastfud, yoxsa zibilfud?

14 May 2012 14:57
Milli.Az "The Telegraph"a istinadən bildirir ki, ekspertlər tərkibində yağ, piy, duz və şəkərin miqdarının çox olduğu qidalarla içkilərin televiziyadan sonra Facebook və Twitter-də də genişmiqyaslı reklamlarının qəti qadağan olunmasını tələb edirlər.

Mütəxəssislər bu minvalla uşaqları pis qidalardan qorumaq və piylənmə epidemiyasının qarşısını almaq istəyirlər.
Araşdırmalar göstərir ki, internetdəki saytların 75 faizi uşaqlar üçün "maraqlı" olan belə yeməklər, içkilər və qidaları reklam edir.

"McDonalds", "Nestle" və "Cadbury" kimi şirkətlər isə belə aqressiv reklamlardan yararlanırlar.

Milli.Az