Türkiyə millisində yeni baş məşqçi - FOTO

17 Sentyabr 2023 16:05

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyə Futbol Federasiyası artıq yeni baş məşqçi ilə də anlaşıb. Bu şəxsin italiyalı Vinçenso Montella olduğu bildirilir.

Milli.Az