Vilayət Eyvazov mayoru rəis təyin etdi

17 Sentyabr 2023 15:04

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib.

Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib.

Milli.Az