Milan derbisində darmadağın - VİDEO

17 Sentyabr 2023 11:27

İtaliya A Seriyasının IV turunda Milan derbisi baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "İnter" "Cüzeppe Meatsa"da nominal meydan sahibi kimi şəhərin eyniadlı komandasını qəbul edib.

Qarşılaşma "nerazzuri"nin darmadağını ilə başa çatıb - 5:1.

Hesabı beşinci dəqiqədə Henrix Mxitaryan açıb. 38-ci dəqiqədə Markus Türam "İnter"in üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə Rafael Leau "Milan"ı ümidləndirən qolu vursa da, bu, təsəllidən başqa bir şey olmayıb. 69-cu dəqiqədə Mxitaryan dubl edib. 10 dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirməklə fərqi üç topa çatdırıb. 90+3-cü dəqiqədə isə David Frattezi matçda son nöqtəni qoyub.

Dörd oyundan sonra maksimum nəticə göstərən - 12 xal toplayan "İnter" vahid liderdir. "Milan" isə doqquz xalla üçüncüdür.

Milli.Az