Təyyarə qəzasında 14 nəfər ÖLDÜ

17 Sentyabr 2023 12:36

Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verən təyyarə qəzası 14 nəfərin həyatına son qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, "Embraer Bandeirante" təyyarəsinin göyərtəsində 12 turist və 2 ekipaj üzvü olub. Faciə yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 22:00) radələrində təyyarə ştatın inzibati mərkəzi Manausdan 400 km aralıda yerləşən aerodromda eniş edərkən baş verib.

Eniş zamanı ərazidə yağış yağırmış. Faktla bağlı araşdırma aparılır.

Milli.Az