Erməni silahlılarının növbəti təxribatının qarşısı alındı - MN

17 Sentyabr 2023 10:00

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Milli.Az