Xəzər dənizində zəlzələ olub

17 Sentyabr 2023 10:01

Xəzər dənizində zəlzələ olub.

Milli.Az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Milli.Az